​Gəlininin ölümünə dözmədi, ürəyi partladı - Sumqayıtda FACİƏ

​Gəlininin ölümünə dözmədi,
10:40 27.10.2023
152 Hadisə
A- A+

Sumqayıtda gəlininin ölümünə dözməyən qayınananın ürəyi partlayıb.

 

Hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin Şirvan yaşayış massivində qeydə alınıb.

 

Belə ki, 1982-ci il təvəllüdlü Məmmədova Nuranə Məhəmməd qızı yaşadığı evdə uzun sürən beyin quruması xəstəliyindən vəfat edib. Onunla eyni ünvanda yaşayan qayınanası, 1952-ci il təvəllüdlü Məmmədova Gülnaz Nüsrəddin qızı gəlininin vəfatından həyəcanlanaraq vəziyyəti pisləşib və ölüb.

 

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.(Report)