​Azərbaycanda koronavirusa qarşı bu vaksin QADAĞAN EDİLDİ

​Azərbaycanda koronavirusa qarşı bu vaksin
10:53 27.10.2023
164 Sosial
A- A+
Bir müddət öncə "Sputnik V" vaksinini hazırlayan Hamaley adına mərkəzin direktoru Aleksandr Ginzburq sözügedən vaksinin yeni COVID-19 ştammlarından qorumadığını bildirib. Onun sözlərinə görə, "Sputnik V"-nin orijinal variantı ilk iki il ərzində COVID-19-dan qoruyub, lakin yeni ştammların meydana çıxması ilə onun effektivliyi azalmağa başlayıb. Ginzburq həmçinin əlavə edib ki, bu gün "Sputnik V" vaksini ümumiyyətlə COVİD-19-dan qorumur.


Bəs hazırda Azərbaycanda "Sputnik V" peyvəndindən istifadə edilir?


Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycanda "Sputnik V" peyvəndindən istifadə olunmur.


Qeyd edək ki, Azərbaycanda oktyabrın 16-dan 22-nə qədər koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.


Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 897, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 570, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 373, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 524, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 430 təşkil edir.


Xatırladaq ki, Azərbaycanda Çinin SINOVAC, İngiltərənin AstraZeneca/Vaxzevria, Almaniyanın Biontech/Pfizer və Rusiyanın Sputnik V vaksinləri tətbiq olunurdu.