Azərbaycanda üzən “KaMAZ”lar görənləri heyrətləndirib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Məlumata görə, daş, qum və s. yüklərlə dolu “KaMAZ”lar torpaq yolla hərəkət etdikdən sonra, çaya girərək davam edirlər. İzləyicilər yük avtomobili sürücülərinin hansı səbəbdən belə etdikləri barədə sosial şəbəkədə suallar səsləndirib və müxtəlif cavablar yazıblar.
Sözügedən videonun Salyan rayonundan lentə alındığı bildirilir.
Görüntüləri təqdim edirik: