"Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyasında Rusiyaya qarşı siyasəti ilə dərin, lakin hələ də səssiz bir fikir ayrılığı var. Bir-biri ilə söhbətlərində Paşinyanı və onun anti-Rusiya siyasətini tənqid edirlər, amma yenə də ucadan heç nə demirlər".
Sulh.info.az news24.az-a istinadən xəbər verir ki, bu barədə "Joğovurd" qəzeti yazıb.
Bildirilib ki, Nikol Paşinyan "Vətəndaş müqaviləsi" partiyasının idarə heyətinin son iclasında fəal şəkildə anti-Rusiya tezisini irəli sürməyi və ictimaiyyəti əvvəlki rəhbərlərin Rusiyanın köməyi ilə hakimiyyətə qayıtmaq istəməsi ilə bağlı "qorxuya salmağı" tapşırıb.
O qeyd edib ki, Rusiyanın Ermənistana rəhbərlik etmiş şəxsləri hakimiyyətə gətirmək istədiyini, əks halda yeni Ermənistan yaranacağını ictimaiyyətə izah etmək lazımdır. Avropa və Amerika qüvvələri ilə söhbətlərində partiya rəsmiləri Nikol Paşinyanı dəstəkləməli olduqlarına dair açıq mesajlar verirlər.
"Keçmiş soyğunçular" mövzusu belə rebrendinq edilib və Rusiya qüvvələrinin Nikol Paşinyanın demokratiyasını əlindən almaq istədiyi deyilir.
"Qarabağ məsələsindən sonra Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi dərinləşdiyindən, Paşinyanın növbəti tezisinin işə yaraya biləcəyini qeyd etmək lazımdır. Anti-Rusiya əhval-ruhiyyəsinin ardıcıl olaraq dərinləşməsi partiya komandasının özündə parçalanmalara səbəb ola bilər. Çünki bizə belə həyəcan təbili çalan "Vətəndaş müqaviləsi" partiyasının üzvləridir, sıravilər deyil", - nəşr əlavə edib.