Ötən gün Bakıda baş vermiş ağır cinayətin bəzi təfərrüatı bilinib.
Referans.az-ın əldə etdiyi məlumata görə, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 15 ünvanında yerləşən “SP beauty” gözəllik salonunda 36 yaşlı Pərvanə Məhərrəmovanı öldürməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı 41 yaşlı Zamin Tanrıverdiyev şübhəli kimi saxlanıb.
Məlumatlara görə, cütlük bir neçə il əvvəl ayrılıblar. Boşanandan sonra Pərvanə Məhərrəmova iki qızı ilə kirayədə yaşayırmış.
Dırnaq ustası olan qadın yaxınlıqda olan salonda işləyirmiş. Şahidlərin verdiyi məlumata görə kişi keçmiş həyat yoldaşın qısqanclıq zəmnində öldürüb.
O, hadisəni törədəndən sonra qarşısına çıxan qonşusuna bu barədə məlumat verib.