Okytabrın 28-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfərin ölümü və 4 nəfərin xəsarət alması ilə nəticələnən cinayət hadisəsini törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Sulh.info.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb. Onlar qonşu olublar.
Qeyd edək ki, hadisə okytabrın 28-də səhər saat 05:50-də Sumqayıt şəhəri 16 mikrorayon ərazisində qeydə alınıb. Naməlum şəxs D. Fərəcova məxsus evə gələrək odlu silahdan atəş açıb. Nəticədə D. Fərəcov, onun qızı Suzana Fərəcova həlak olublar. Xanımı Tərlan Fərəcova və kürəkəni Serkan Karakaş, həmçinin onların köməyinə çıxan qonşuları Mehman və atası Etibar Sarıyevlər isə yaralanıblar.
Məqaləyə dair fotomateriallar:
Məqaləyə dair fotomateriallar: