​Nazirdən şad xəbər: 1200 nəfər işlə təmin ediləcək

​Nazirdən şad xəbər:
15:16 30.10.2023
185 Sosial
A- A+
Azərbaycan və Özbəkistanın birgə müəssisəsi Azərmaş CP MMC-yə Hacıqabul Sənaye Məhəlləsinin rezidenti statusu verilib.


Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında qeyd edib.


Nazir bildirib ki, bununla da rezidentlərin sayı 14-ə çatıb:


“Şirkət tərəfindən sənaye məhəlləsinin ərazisində investisiya həcmi 104 mln. olan minik avtomobillərinin istehsalı kompleksi yaradılacaq və 1200 nəfər işlə təmin ediləcək”.