​Hacı Şahinin məzar daşının hazır olmamasının səbəbi nədir?

​Hacı Şahinin məzar daşının hazır olmamasının
16:30 30.10.2023
154 Ölkə
A- A+
Tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin mərhum imamı Hacı Şahin Həsənlinin vəfatından 7 ay ötməsinə baxmayaraq məzar daşı hələ də hazır deyil. İslam adətlərinə görə isə, şəxs vəfat etdikdən 40 gün sonra qəbirüstü abidəsi qoyulmalıdır. 

Məsələ ilə bağlı Hacı Şahinin köməkçisi olan Qədir bəy News24.az-a açıqlamasında bildirdi ki, bu məsələ ilə məşğul olmur.


Qafqaz Müsəlmanlar İdarəsindən isə bildirildi ki, bu, ailəvi məsələdir və QMİ buna qarışa bilməz:


"QMİ-nin əməkdaşı olub, dünyasını dəyişib. Allah rəhmət etsin. Məzar daşının qoyulması isə QMİ-nin səlahiyyətində deyil. Bu ailə məsələsidir".


Xatırladaq ki, tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli bu ilin mart ayında ürəktutmasından dünyasını dəyişib.