Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, ölkəsi Avropada mümkün müharibəyə hazır olmalıdır.
Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan edib ki, alman cəmiyyəti və silahlı qüvvələri Avropada mümkün müharibəyə hazır olmalıdır.
Pistorius Almaniyanın "ZDF” televiziyasına verdiyi açıqlamada Rusiya-Ukrayna müharibəsinin Almaniya üçün tarixi dönüş nöqtəsi olduğunu bildirib:
"Avropada müharibə təhlükəsinin ola biləcəyi fikrinə alışmalıyıq və bu, müharibəyə hazır olmalıyıq deməkdir. Biz özümüzü müdafiə etməyə hazır olmalı, alman silahlı qüvvələrini və cəmiyyətini buna hazırlamalıyıq”.
Pistorius əlavə edib ki, Almaniya müdafiə xərclərini artırmalı və silahlı qüvvələrini yeni təhlükəsizlik problemlərinin öhdəsindən gələ bilməsi üçün modernləşdirməlidir.