​Ödənişli yolda sürət həddi TƏYİN EDİLİB - 300 manat cərimə oluna bilərsiniz

​Ödənişli yolda sürət həddi TƏYİN EDİLİB
11:06 31.10.2023
198 Sosial
A- A+

Bu yaxınlarda istifadəyə verilən Bakı-Quba-Rusiya ilə dövlətsərhədi avtomobil yolu ilə bağlı sürücüləri düşündürən bir məqam dayolda sürət həddidir. Hazırda yolun maksimal sürət həddi 110km/saatdır. Lakin bəzi insanlar düşünür ki, magistral yoldur, pulvermişəm, yolda sürət daha yüksək olmalıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə qeyd edib ki, Azərbaycandakı yollarda sürət həddiilə bağlı qanunvericilikdə dəqiq məlumatlar var.

“Qanunvericiliyə görə, Azərbaycanda magistral yollarda maksimalsürət 110 km/saat təyin olunub. Yeni istifadəyə verilmiş Bakı-Qubaödənişli avtomobil yolunda da eyni sürət həddi nəzərdə tutulub.Sadəcə olaraq yol yeni istifadəyə verildiyi üçün radar yoxdur.Lakin ehtiyac yarandığı zaman aidiyyəti qurumlar tərəfindən müvafiqərazilərdə (hansı tərəfdə məsləhətdirsə) quraşdırıla bilər. Bu, odemək deyil ki, yolda sürət limiti yoxdur. Həmçinin radarınquraşdırılmaması sürücülərin nəzərdə tutulan sürət həddindən yuxarınəqliyyat vasitəsini idarə edə biləcəklərinə şərait yaratmır.Ələt-Astara magistral yolu da yeni istifadəyə verilən zamanradarlar lazımi hissələrə sonradan quraşdırıldı. Bakı-Quba ödənişliavtomobil yolunun da yeni olduğunu nəzərə alsaq radarın olmamasıqəbulolunan haldır. Yoldan istifadə edən şəxslərin qovşaqlaraqalxmaq, daxil olmaq üçün sürət limiti 90 km/saat olaraqtənzimlənib. İddianı irəli sürənlər nəzərə almalıdır ki, limitsizyolda avtomobili yüksək sürətlə idarə edən sürücü anidən sürətiaşağı sala bilməz”.

İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən,yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddindəaşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunur. Müəyyənedilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə isə300 manat məbləğində cərimə cəzası tətbiq edilir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrəekspert Rauf Ağamirzəyev bildirib ki, Azərbaycanda müxtəlifkateqoriyalı yollar var və onların da sürət parametrləri var.

"Azərbaycanda ən sürətli yollar 1b kateqoriyasına uyğundur.Ölkəmizdə sürətli yol praktikası 2008-ci ildən tətbiq olunmağabaşlayıb. Çünki sürətli yollar həmin illərdən tikilməyəbaşladı.

Bəzi insanların pullu yolda sürət həddinin artırılması haqqındafikri anlaşılmazdır. Belə ki, hər sürət parametrinə uyğun onunhəlləri də əlavə xərc tələb edir. Belə ki, hər sürətin əlavətəhlükəsizlik tədbirləri görülməlidir. Hər yolun öz quruluşu vəinvestisiyası fərqlidir. Düşünürəm ki, ölkəmizdə 110 km/saat-danartıq sürətli yola hələlik ehtiyac yoxdur. Ölkəmizdə 110km/saat-lıq yolların tikintisi tamamlansın. Ümumiyyətlə, beləyollar yaşayış məntəqələrindən çıxarılsın. Bizdə M1 və M3magistralı belə tikilib. Lakin M2-də bəzi sahələr yaşayışməntəqələrinin içindən keçir".

Ekspert əlavə edib ki, sürətli yollarda sürücüləri narahat edənsürətin tez-tez dəyişməsidir.

"Sürət rejimi bir rejimdə olsa, sürücülərin çoxu üçün bu problemolmaz. Sürətli yollar yaşayış məntəqələrindən keçirsə, bu yolunyanında ikizolaqlı yan yollar olmalıdır. Belə yolların sürəti azolmalıdır. Ümumiyyətlə, dünya praktikasından götürsən, pullu yolunpulsuz və eyni keyfiyyətdə alternativi olmalıdır. Lakin alternativyolun sürəti az olmalıdır", - deyə o qeyd edib.

Qeyd edək ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədimagistral yolunun tikintisi AAYDA-nın nəzarəti altında 5 hissə üzrəhəyata keçirilib. Yolboyu 40 yol ötürücüsü və körpü, 52 alt keçid,6 ödəmə və yükə nəzarət məntəqəsi, 2 mindən çox yol nişanı vəməlumat lövhəsi quraşdırılıb. Həmçinin, hər hansı maneənin yolaçıxmasının qarşısını almaq üçün tədbirlər görülüb. Yeni yol mövcudyoldan 13 kilometr qısadır.