​Lukaşenkodan gözlənilməz addım: Rusiyadan təzminat tələb edir

​Lukaşenkodan gözlənilməz addım:
16:49 31.10.2023
184 Siyasət
A- A+

Belarus Rusiyadan "BelAES"ə görə təzminat tələb edir.

Sulh.info.az  sfera.az-a istinadən xəbər verir ki, təzminatın tələb edilməsinə səbəb Rusiyanın "Rosatom" şirkəti tərəfindən inşa edilən "Belarus" AES-in istismara verilməsinin ləngidilməsidir.

"Belarus" AES-in istismara verilməsinin gecikdirilməsi ilə əlaqədar Belarus Rusiya tərəfindən təzminat istəyir. Aleksandr Lukaşenko söyləyib ki, stansiyanın istismara verilməsi müddətləri pozulub və buna görə Rusiya tərəfi məsuliyyət daşıyır. Belarusun ümumi gücü 2400 MVt olan iki reaktorlu AES-i Qrodno vilayətinin Ostrovets şəhəri yaxınlığında tikilib.

Stansiyanın tikintisinin baş podratçısı Rusiyanın "Rosatom" dövlət korporasiyası olub. Onun tikintisinə dair müqavilə Moskva ilə Minsk arasında 2011-ci ildə bağlanıb.