​Sumqayıtda silahlı basqında güllələnən Türkiyə vətəndaşı komaya düşdü

​Sumqayıtda silahlı basqında güllələnən Türkiyə
16:10 01.11.2023
169 Hadisə
A- A+
Sumqayıtda evə silahlı hücum zamanı ağır yaralanan Türkiyə vətəndaşı Serkan Karakaşın vəziyyəti ağırlaşıb. 

 
S. Karakaş müalicə aldığı Baku Medical Plazada komaya düşüb. Həkimlərin səyinə baxmayaraq xəstənin əksər orqanları fəaliyyətini dayandırıb. 
 

Həkimlər onun vəziyyətinin kritik olduğunu bildirib. 


Xatırladaq ki, oktyabrın 28-də səhər saat 05:50 radələrində Sumqayıt şəhəri,16-cı mikrorayon ərazisində naməlum şəxs Zəngilan rayon sakini Dağbəyi Fərəcovun evinə basqın edib. Silahlı şəxs ev sahibi və onun qızı Suzana Karakaşı qətlə yetirib, Türkiyə vətəndaşı Serkan Karakaş, evin xanımı Tərlan Fərəcova və iki qonşunu yaralayıb. 


Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Müşviq Tağıyev saxlanılaraq barəsində məhkəmə qərarı ilə həbs qəti imkan tədbiri seçilib. 


Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlayıb. /News24.az