Riskli vergi ödəyiciləri üçün aparılmış əmtəəsiz əməliyyatların 40 faizinədək maliyyə sanksiyaları müəyyənləşir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi"ndə əksini tapıb.
Layihəyə əsasən, vergi nəzarəti tədbirləri ilə əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq ediləcək:
- təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 10%-i miqdarında
- təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 20%-i miqdarında
- təqvim ili ərzində belə hallara üçüncü dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 40%-i miqdarında.