Bakı İnzibati Məhkəməsinin hakimi Mehriban Qarayeva ağır itki üz verib.
Sulh.info.az İqtisadiyyat.az-ıa istinadən məlumatına görə, onun atası Cəfər müəllim vəfat edib.
Qeyd edək ki, M.Qarayeva uzun illərdir məhkəmə sistemində çalışır. O, 2019-cu ildən isə Bakı İnzibati Məhkəməsinin hakimidir.
M.Qarayeva daha çox çıxardığı maraqlı qərarları ilə xatırlanır. Bir müddət əvvəl o, Bakı Şəhər İcra Hakimiyyəti ilə vətəndaş arasında məhkəmə çəkişməsinə hakimlik edib və BŞİH-in vətəndaşa 350 min kompensasiya ödəməsi ilə bağlı qərar çıxarıb.