​Fidan buna görə Blinkeni qucaqlamağı rədd etdi - VİDEO

​Fidan buna görə Blinkeni qucaqlamağı
11:57 07.11.2023
164 Ölkə
A- A+

Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ Dövlət katibi Entoni Blinkeni qucaqlamaqdan imtina etməsinə səbəb Amerika diplomatiya rəhbərinin bir qədər əvvəl göstərdiyi nəzakətsizlik olub.

Sulh.info.az axar.az-a istinadən bildirir ki, Fidan və Blinkenin görüşündən kadrlar Türkiyə mediasında və sosial şəbəkələrdə geniş müzakirə olunur:

 
"Görüşdə əl sıxışmadan sonra Blinken bir addım irəli ataraq Fidanı qucaqlamağa çalışsa da, türkiyəli nazir bir addım geri çəkilərək dövlət katibinin əlini sıxmağa davam edir. Blinkenin maşını Türkiyə XİN-in binasına çatanda Fidan maşından düşüb nazirliyin qapısı qarşısında dayanır - hər gələn qonağı nazir belə qarşılayır. Telefonla danışan Blinken maşından düşməyincə Fidan binaya qayıdıb. Fidan Blinkenin diplomatik nəzakətsizliyinə cavab olaraq ABŞ dövlət katibinin onu qucaqlamaq cəhdini rədd edib".