Braziliya millisinin və "Əl-Hilal"in futbolçusu Neymarın sevgilisini və yeni doğulmuş qızını qaçırmağa cəhd ediblər.
Sulh.info.az publika.az-a istinadən xəbər verir ki, bu " O Globo" məlumat yayıb.
Nəşrin məlumatına görə, insident Braziliyanın Kotia şəhərində (San-Paulu ştatı) baş verib. Təxminən gecə saat üç radələrində hücumçular Bruna Biankardinin (Nyemarın sevgilisi) valideynlərinin evinə daxil olub, onların ağzını bağlayıb, həmçinin onları silahla hədələyiblər.
Nə isə baş verdiyindən duyuq düşən qonşular polisə müraciət ediblər. Oğurluq edənlərdən birinin 19 yaşlı həmin rayon sakini olduğu məlum olub. Qalanları isə qənimətlə qaça biliblər: zinət əşyaları, bahalı saatlar, ümumi dəyəri 120 min dollar olan dizayner çantaları. O da məlumdur ki, cinayətkarlar Neymarın sevgilisi Bruna Biankardinin və onların yeni doğulmuş qızının harada olduğunu soruşublar.
Neymar və Biankardinin özləri sosial şəbəkələrdə hər şeyin qaydasında olduğunu bildiriblər.
Oktyabrın 7-də Neymar və Biankardinin Mavia adlı qızı dünyaya gəlib. Futbolçunun keçmiş sevgilisi Karolina Dantasdan Davi Luka adlı oğlu da var.