​Xankəndidəki paradda DİQQƏT ÇƏKƏN DETAL - FOTO

​Xankəndidəki paradda
14:42 08.11.2023
A- A+

Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirildiyi barədə məlumat vermişdik.

Referans.az Trend-ə istinadən xəbər verir ki, hərbi paradda yayılan kadrlardan bir detal xüsusilə diqqət çəkib.

O da Xankəndidəki paradda erməni hərbi avtomobillərinin nömrələrindən hazırlanan lövhə nümayiş etdirilməsidir.

 
 

Sözügedən lövhəyə böyük hərflərlə "ZƏFƏR" sözü həkk edilib.

Xatırladaq ki, 2021-ci ildə - 44 günlük müharibədən 1 il sonra paytaxtda keçirilən Zəfər paradda da İkinci Qarabağ müharibəsində ermənilərə məxsus qənimətlərdən götürülən nəqliyyat vasitələrinə məxsus nömrələrin də "Qarabağ Azərbaycandır!" adı altında keçidi olmuşdu.