Xalq artisti Mələkxanım Eyubova rəssam, bloqer qızı Nəzrin Nəcəfova və gələcək müğənni kürəkəni Mərdan Kazımovla nişanlanmalarından söz açıb.
Sulh.info.az bizim media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu "Bizimləsən" ictimai-sosial verilişində bildirib ki, cütlük bir-birini sevib, nişanlanıb və beləcə evlilik həyatlarına addım atıblar.
"Mərdan və qızım Nəzrin bir-birilərini seviblər. Hər bir ailə sevgi ilə qurulmalıdır. Sevgisiz ailə, çox getmir. Mənə sual verəndə ki, "uşaqlarınıza sərbəstlik vermisiniz, onlar kimisə sevsə, istəsə razılığını verərsiniz?" Hər zaman cavab verirdim ki, o işə qarışmaram. Çünki valideyn yalnız yol göstərə, istiqamət verib, arxasında möhkəm dayana bilər. Amma əgər iki gənc həqiqətəndə bir-birini sevərsə, heç kim onlara söz deyə bilməz".
Nəzrin nişandan əvvəl bir müddət Azərbaycan Televiziyasında (AzTV) "Telesəhər" verilişinin aparıcılarından biri olub. O, Mərdanla nişanlanandan sonra sözügedən kanalla yollarını ayırıb.