​Azərbaycanda torpaq üstündə KÜTLƏVİ DAVA - XƏSARƏT ALANLAR VAR

​Azərbaycanda torpaq üstündə KÜTLƏVİ DAVA
10:20 09.11.2023
148 Hadisə
A- A+

Cəlilabad rayonunda torpaq mübahisəsi ilə bağlı 4 nəfər döyülüb.

Sulh.info.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Abışabad kəndində qeydə alınıb.

Belə ki, iki ailənin üzvləri arasında torpaq üstündə yaranan mübahisə daha sonra tərəflər arasında baş verən davaya çevrilib. Nəticədə rayon sakinləri, 1975-ci il təvəllüdlü Ərəstun İbrahimov, 1971-ci il təvəllüdlü Fikrət İbrahimov, 2001-ci il təvəllüdlü İsmət İbrahimov, 1998-ci il təvəllüdlü Məlik Qarayev müxtəlif bədən xəsarətləri alıb. Onlar rayon xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, həmin faktla bağlı hazırda Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır. Təyin olunmuş ekspertizaların rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.