​“Evlilik xatirinə kiminsə qızını bədbəxt edə bilmərəm”

​“Evlilik xatirinə kiminsə qızını bədbəxt edə bilmərəm”
11:32 09.11.2023
218 Maqazin
A- A+

"Dünyasını dəyişən atamın narahat olduğu məqam, o da subay olmağım idi. Onun ən böyük narahatlığı da elə bu idi. Atam hər zaman oğlum Vüqarın toyunu və nəvəsini görmək istəyirəm deyirdi. Bir onu atam görə bilmədi. Amma o digər övladların toyunu və nəvələrini gördü". 



Referans.az bizim.media-ya istinadən bildriir ki, bu sözləri müğənni Vüqar Muradov "Kim var, kim yox?" verilişinə müsahibəsində deyib. 



Bir neçə ay əvvəl atasını itirən sənətçi onunla bağlı xatirələrini dilə gətirərkən, subay qalmasına da aydınlıq gətirib: 



"Evlənməyə qız tapa bilmirəm söhbəti yoxdur. Axı o itməyib ki, mən onu axtarım, tapım. Sadəcə ruhuma yaxın, məni başa düşə biləcək, dünyası mənim dünyamla üst-üstə düşə biləcək, bir ömür boyu mənə xoşbəxt anları yaşada, qayğıma qala biləcək insan qarşıma çıxarsa, onunla evlənəcəyəm. Yoxsa belə, sadəcə evlilik xatirinə kiminsə qızını bədbəxt edə bilmərəm".