​Bu rayonda saat 17:00-a qədər QAZ OLMAYACAQ - XƏBƏRDARLIQ

​Bu rayonda saat 17:00-a qədər QAZ OLMAYACAQ
09:31 13.11.2023
69 Toplum
A- A+
SOCAR-ın “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Xızı” QPS-də nasaz vəziyyətdə olan qızdırıcı qurğunun baypas kranının işlək kranla əvəz edilməsi ilə bağlı 13.11.2023-cü il tarixində saat 10:00-dan 17:00-dək “Xızı” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.


“Azəriqaz” İstehsalat Birliyindən  verilən məlumata görə, təmir işləri aparılan müddətdə Xızı şəhəri daxil olmaqla rayonun 4 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.