Uzun müddətdir səhnədən uzaqlaşan Əməkdar artist Kəmalə Rəhimli efirə çıxıb.
Sulh.info.az bizim.media-ya istinadən bildriir ki, sənətkar illər sonra "Elgizlə izlə" ictimai-sosial verilişdə qonaq olub.
Rəhimli efirlərdən uzaqlaşmasının səbəbini belə ifadə edib:
"Artıq 3 ilə yaxındır ki, efirlərə çıxmıram. Pandemiya, gözəl sənətkarlmızın dünyasını dəyişmələri, İkinci Qarabağ müharibəsi, şəhid verməyimiz mənə çox pis təsir etdi. Şəhidlərimizin anaları qarşısında baş əyirəm. Hər bir şəhid üçün ağlamışam. Qazilərimizə Allah şəfa versin. Şükür Allaha Qarabağımız azad olundu. Qarabağımız azaddır, mən də efirlərə gəlməliyəm".