​Meyxanaçı Samirənin oğlanlarla rəqsi başına bəla oldu - EFİRDƏ DAVA / VİDEO

​Meyxanaçı Samirənin oğlanlarla rəqsi başına bəla oldu
12:35 13.11.2023
99 Maqazin
A- A+

Meyxanaçı Samirə Yusifqızının restoranların birində gecə saatlarında oğlanlarla rəqsi gündəmə səs salıb.



Sulh.info.az xəbər verir ki, məsələ “Elgizlə izlə” ictimai-sosial verilişində müzakirə olunub.



Bəlli olub ki, Samirənin rəqs videosunu müğənni qızı Fərəh sosial şəbəkədə yayımlayıb. Sözügedən proqramda qonaq olan jurnalist Ramilə Sultan müğənninin bu rəqsini başına qaxınc edib.



Ramilə səs tonunu yüksəldib və Samirənin bu rəqsini onun yaşına və sənətinə yaraşdırmadığını söyləyək sərt şəkildə reaksiya bildirib.


Bu an isə S.Yusifqızı və R.Sultan arasında söz savaşı yaşanıb. Verilişin aparıcısı Elgiz Əkbər tərəfləri sakitləşdirməyə çalışıb. Elgiz günahı Samirənin qızı Fərəhdə görüb.



O bildirib ki, bu görüntülər yayılmamalı idi. Meyxanaçının qızı isə anasının rəqsində heç bir qəbahətin olmadığını və onun normal rəqs etdiyini bildirib.



Verilişdə yaşanan qalmaqallı anları sizə təqdim edirik: