​Biznesmenin evini qarət edən oğru "Porsche Taycan"la ərazidən qaçdı

​Biznesmenin evini qarət edən oğru
13:51 13.11.2023
1259 Dünya
A- A+

Moskvada oğru 1 saat ərzində iş adamının evindən 38 milyon rubl oğurlayıb. 

Sulh.info.az "Unikal"-a istinadən xəbər verir  ki, oğurluq edən şəxs içərisində bir milyon rubl, 1000 dollar və 2000 avro olan metal seyfi oğurlayıb. 

Bundan əlavə, seyfdə təxminən 20 milyon rubl dəyərində brilyant qaşlı iki qızıl üzük və nağd pul var imiş. Həmçinin, kişi qarderobdan bahalı saat kolleksiyası olan qutunu götürərək, biznesmenə məxsus "Porsche Taycan" markalı avtomobili ilə ərazidən uzaqlaşıb. 

"Zərərin ümumi məbləği 38 739 740 rubl təşkil edib", - KİV-lərdən biri yazıb.  

Hadisə ilə bağlı araşdırma aparılır.