​TƏCİLİ! İlham Əliyev FƏRMAN İMZALADI - bu nazirliyə yeni səlahiyyət VERİLDİ

​TƏCİLİ! İlham Əliyev FƏRMAN İMZALADI
14:29 13.11.2023
154 Ölkə
A- A+
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilib.


Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Poçt haqqında" qanuna dəyişiklikdə əksini tapıb.


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə universal poçt rabitəsi xidmətlərinin tariflərini müəyyənləşdirmək səlahiyyəti verilib.


Beləliklə, İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi universal poçt rabitəsi xidmətlərinin tariflərini müəyyənləşdirəcək.


Bundan əvvəl bu sahədə səlahiyyət Tarif (qiymət) Şurasında olub.