Nikol Paşinyan bəzi ekspertlərin və media nümayəndələrinin iştirakı ilə ötən ayın əvvəlində keçirilən qapalı görüş zamanı bildirib ki, Rusiya ilə ittifaqda qalmaq mənasızdır. O əlavə edib ki, xarici siyasətdə dəyişiklik prosesi artıq başlayıb, bu, sakit və “yumşaq” şəkildə baş verəcək. Baş nazirin Ermənistanın bundan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) və Müstəqil Dövlətlər Birliyinin (MDB) fəaliyyətində iştirak etməyəcəyini vurğulaması isə maraq doğuran məqamdır.
Görünür, Ermənistan hər nə qədər anti-Rusiya mövqeyindən çıxış etməyə çalışsa da, bu sahədə əhəmiyyətli qərarlarını hələ açıq müstəvidə həyata keçirə bilmir.
Bəs İrəvanın hazırda tutduğu siyasi xətt nədir? Ermənistanın Moskvadan uzaqlaşmasında narahat olan qüvvələr hansılardır?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, Ermənistan baş naziri Nikol Paşinyanın bu kimi açıqlamalarını gizli formatda bəyan etməsi gözlənilən idi:
“Rəsmi İrəvan açıq şəkildə bəyan edir ki, xarici siyasət istiqaməti dəyişməyəcək. Yaxın vaxtlarda isə KTMT və MDB-dən çıxması inandırıcı deyil. Bu xətti götürsə də həmin addımların atılması rəsmi İrəvan üçün çox təhlükəlidir. Paşinyan isə bunu başa düşmür. Rusiya Ermənistanın əsas ticarət tərəfdaşıdır. Xarici ticarət dövriyyəsinin 35 faizdən çoxu rəsmi Moskvanın payına düşür. Hər il Rusiyadan 4 milyard dollara yaxın vəsait göndərilir. Bu olduqca böyük rəqəmdir”.
A.Səmədovun fikrincə, Ermənistan iqtisadiyyatının böyük hissəsi Moskvanın əlindədir:
“Rusiyanın qazın qiymətini qaldırması, Yuxarı Lars keçid məntəqəsini bağlaması İrəvan iqtisadiyyatını ağır duruma sala bilər. Digər tərəfdən 2044-cü ilə qədər Ermənistandan Rusiya hərbi bazasını çıxarmaq qeyri-mümkündür. MDB və KTMT-nin qısa müddətdə Qərb qurumları ilə əvəzlənməsi reallığı əks etdirmir. Yaxın 10 ildə Ermənistan nə NATO-ya qəbul ediləcək, nə də Aİ-nin üzvü olacaq “.
Siyasi şərhçi bildirib ki, İranın bu mövzuda müəyyən narahatlıqları var:
“Rəsmi Tehran Rusiyaya ən yaxın dövlətlərdən biridir. Qərbin də bölgəyə aktiv müdaxiləsi İranı çox qorxudur. Ona görə İran şübhəsiz ki, rəsmi İrəvanın bu cür addımlar atmasını qəbul etməyəcək. Nikol Paşinyan Ermənistanı Rusiyanın liderlik etdiyi qurumlardan uzaqlaşdırmaq xətti tutub. Onların dağılması üçün əlindən gələni edir”.