Türkiyədə Mehdi olduğunu iddia edən vətəndaş paltarını çıxararaq küçənin ortasında çılpaq gəzməyə başlayıb və ardında əhaliyə çağırış edib.
Sulh.info.az haberler.com-a istinadən xəbər verir ki, hadisə Kayserinin Yahyalı rayonunda baş verib.
Çılpaq şəxs Mehdi olduğunu iddia edərək, onun arxasınca gələnlərə səslənib:
"Mən Mehdiyəm, mən Mehdiyəm, Allahın qulu və elçisiyəm. Bu sizə son çağırışdır. Allah rizası üçün sizdən arxamca gəlib tabe olmağınızı istəyirəm. Əgər burada şəxsən istədiyim bir şey varsa Allah mənim canımı burada alsın. Tək istəyim budur”.
Sözügedən görüntüləri təqdim edirik: