​Sökülən evlərə görə kompensasiya, yoxsa ev verilsin? - AÇIQLAMA

​Sökülən evlərə görə kompensasiya, yoxsa ev verilsin?
17:00 14.11.2023
183 Sosial
A- A+
Bakıda və ətraf ərazilərdə yeni tikililərin qiymətində artımlar müşahidə olunur. 3-4 il əvvəllə qiymətləri müqayisə etsək 1 kv. metrin qiymətində 300-400 manat fərqi görmək mümkündür.


Yeni mənzillərin qiymətində artımların olmasını nəzərə alsaq, plana düşən və söküləcək evlər üçün vətəndaşlara təklif edilən kompensasiyaların məbləğləri gündəmə gəlir.


Tikinti şirkətləri tərəfindən vətəndaşlara təklif edilən kompensasiya məbləği nə qədər olmalıdır? Vətəndaşlara verilən kompensasiyanın məbləği artırılmalıdırmı? Ümumiyyətlə hazırda mənzillərin qiymət artımı realdır, yoxsa şişirdilmədir? Evlərin qiymətlərində ucuzlşama ehtimalı varmı?


Referans.az xəbər verir ki, bu suallara cavab tapmaq üçün əmlak məsələləri üzrə ekspert Ramil Osmanlıya müraciət etdik. Ekspert BAKU.WS-ə açıqlamasında bildirdi ki, şəhərdən kənar tikililərdə qiymət artımları mərkəzlə müqayisədə daha yüksək olur:

 
"Lakin nəzərə almaq lazımdır ki, mərkəz və mərkəzə yaxın ərazilərdə də artımlar kifayət qədər yüksək olub. İki il bundan əvvəl “Nəriman Nərimanov” və “Gənclik” metro stansiyaları ərazisində 1 kv. metri 1300-1400 manata mənzil tapmaq mümkün idisə, indi həmin ərazilərdə minimum qiymətlər 2 min manatın üzərindədir.



Kompensasiyaların məbləği ölkə başçısının fərmanı ilə tənzimlənir. Fərmanda isə 20 faiz kompensasiya nəzərdə tutulub. Əvvəlki illərdə mənzil alındıqdan sonra vətəndaşlara kompensasiya pul şəklində ödənilirdi. Sonra bu, əlavə problemlər yaratdığına görə, əvəzləşdirmək qaydası həyata keçirilməyə başlandı.


Buna görə, kompensasiya məbləği fərdi yanaşma tələb edən məsələdir. O ki qaldı mənizilin dəyərinə görə ərazilər üzrə qiymətə, bu həmin əmlakın təmirli və sənədinin olub-olmamasından asılıdır. Bu məsələdə isə qiymətlər dəyişir. Misal üçün deyə bilərik kki, Zəfər muzeyi üçün salınan ərazidə mənzil sahiblərinən kompensasiyalar 2700 manatdan başlayırdı.


Kompensiyaya ilə bağl rəqəmlərin azalıb-arıtırılması zamanı mental məsələlər də nəzərə alınmalıdır. Bəzi mülkiyyətçilər kompensasiyanı aldıqdan sonra özünə avtomobil alır və digər istehlak məqsədlərinə bu pulu yönəldirlər. Sonra ev almaq istəsə də, qalan pula mənzil ala bilmirlər. Buna görə, ən yaxşı qayda əvəzləşdirmədir. Eyni zamanda söküntü olan ərazilərdə mənzilin kiçik olmasını da nəzərə almaq lazımdır. Bu da tikinti şirkətləri ilə vətəndaşlar arasında əlavə problemlər yaradır.


Qiymətlərin qalxması və düşməsi hər zaman realdır. Adətən bunu bazar tənzimləyir. Daşınmaz əmlak bazarındakı qiymət dəyişikliyi real iqtisadi tendensiyalara uyğun və bu istiqamətdə qəbul olunan inzibati qərarlarla baş verir. Hesab edirəm ki, mövcud şəraitdə qiymət dəyişikliyi real görünür və bunun qarşısının alınması istiqamətində addımlar təəssüf ki, nəticə vermir".