Yasamal rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.
Sulh.info.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2-ci Alatava küçəsində yerləşən "Xəngəl evi" kafesində Elşad Ağayev adlı müştəri mübahisə zəminində bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırlılıb.
Araşdırmalarla E.Ağayevə çoxsaylı bıçaq xəsarətlərinin 1991-ci il təvəllüdlü Elçin Cənnətalıyev tərəfindən yetirilməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib. O, şübhəli şəxs qismində tutulub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.