​“Nəvəm siyahı tutub, 67 maşınım olub, İbrahim Tatlısəsin təyyarəsi var, bizdə niyə olmasın?”

​“Nəvəm siyahı tutub, 67 maşınım olub,
12:35 15.11.2023
1156 Maqazin
A- A+
“İlk dəfə 1978-ci ildə jiqulu markalı avtomobil idarə etmişəm. Öz pulumla almışdım. Çünki mən 1970-ci illərdən toylara gedirdim. Maşın sürməyi mənə atam öyrədib, mən də öz övadıma öyrətmişəm. Atam da əməkdar artist olub. Filarmoniyada musiqiçilərin içərisində ilk avtomobili atam sürüb. Əbülfət Əliyev də həmin maşını sürüb. Avtomobil sevgisi mənə atamdan keçib. İndiyə qədər 67 maşınım olub. Nəvəm siyahını tutub. Baha alıb, ucuz satmışam. 50 ildir ki, sənətdəyəm. İbrahim Tatlısəsin təyyarəsi ola bilir, bizim bahalı maşınımız yox?! İndiyə qədər o maşınları bizə bağışlamayıblar. Toya gedəndə 2-3 geyim aparırıq özümüzlə, əziyyətlə oxuyuruq. Onların hesabına hər şeyi etmişik”.
 
Sulh.info.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Cavanşir Məmmədov deyib. 

O daha sonra piyadalardan şikayətlənib.   

 “Qulaqlarına qulaqlıq taxıb yol keçirlər. Keçid qaydalarını düzgün bilmirlər. Elə bilirlər ki, piyada üçün hər yerdə keçid var. Xeyr! Piyada üçün zolaqlanmış yerlərdə keçid var, bir də yerin altında. Piyadalara qarşı sərnişinlərin bir kini var. Yol verəndə də elə keçirlər ki. Heç yerə gecikmirlər. Nizami metrosundan 2 məhəllə yuxarıda yaşayıram. Hər iki gündən bir orada avtomobil qəzası olur, yaxud da piyada vurulur. Piyada gəlib keçir, sürücü də səhvən ona yol verir. Ona yol verilməməlidir . Arxadakı maşın gəlib o biri maşını vurur, zəncirvarı qəza baş verir. Piyada elə bilir ki, həmişə o düzdür” deyə sənətçi bildirib.  
 
Cavanşir Məmmədov bildirib ki, bu sənətdə sakit olmaq lazım deyil.   

“Bizim sahədə bir az gərək səs-küylü olasan. Sakit olsan heç nə. Biz ansamblla toya gedirik, pulu da tən yarı bölürük. Bizdən sonra yarım saat oxuyan müğənni 10 min manat alır. Bu gün uşaq-muşaq çıxıb deyir ki, mənim qabağımda heç kim oxuya bilməz. Sən niyə elə danışırsan ay bala?! 100-dən çox bəstəkar mahnısı oxumuşam, hələ böyük-böyük danışmıram! Sənəti ilə gündəmə gələ bilmir, qalmaqal axtarırlar” deyə müğənni bildirib.