​Azərbaycanda 1 ilin gəlini olan 16 yaşlı qız evdən qaçdı

​Azərbaycanda 1 ilin gəlini olan 16 yaşlı qız
15:37 15.11.2023
139 Hadisə
A- A+
Azərbaycanda 1 ilin gəlini olan 16 yaşlı qız itkin düşüb.


Sulh.info.az olke.az-a istinadən bildirir ki, bu barədə televiziyalardan birinin efirində yayımlnanan məişət mövzulu verilişdə məlumat verilib. 


Jurnalist Zülfiyyə Qurbanova deyib ki, E.Z artıq 2-i həftədir axtarılır:

 


"Aparıcı haqlı olaraq əsas müzakirəni qızın 15 yaşında ərə verilməsinə həsr edir. Məsələ belədir: içki düşkünü ata 15 yaşlı qızını kəndin digər içki düşkünü olan 30 yaşlı dostuna "satıb". Atanın xeyir-duasını alan 30 yaşlı kişi 15 yaşlı qız dərsə gedərkən qaçırıb. E.Z hər dəfə evlərinə qayıtmaq istəyəndə, ata geri qaytarıb. Qız bu "evliliyə" 1 il dözüb, çıxış yolunu evdən qaçıb, gizlənməkdə görüb. Dəhşətli məqam bilirsiz nədir? Məktəblini qaçıran kənd müəlliminin oğludur və bu anormal izdivacın baş tutmasında əsas rolu o oynayıb. Bu da bizim ziyalımız", - deyə o söyləyib.


Qeyd edək ki, yeniyetmə bu ilin 31 oktyabrında itkin düşüb.