Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrliyinə iddialı daha bir namizədin adı məlum olub.
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bu qurultayda namizədliyini irəli sürəcək. İttifaq üzvlərinin bəziləri ona qurultayda dəstək verəcəyini vurğulayıb.
Məsələ ilə əlaqədar Şeyx Əbdül Mahmudbəyovla əlaqə saxladıq. Aktyor bu məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib:
"Hər şey qurultayda bilinəcək”.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrliyi uğrunda mübarizəyə qoşulan 4 namizədin -Xalq artisti Rasim Balayev, Şəfiqə Eyvazova, Cəmil Quliyev və Vaqif Mustafayevin adı açıqlanıb./Qaynarinfo