​ABŞ alimlərindən ixtira: Beyni bədəndən ayrı olaraq 5 saat işlətdilər

​ABŞ alimlərindən ixtira:
13:55 16.11.2023
1375 Maraqlı
A- A+
ABŞ-ın Texas Universitetinin alimləri canlı saxlaya bilən və bədənin qalan hissəsindən asılı olmayaraq işləməsini təmin edən cihaz ixtira ediblər.


Təcrübə donuz beyni üzərində həyata keçirilib.

 
Belə ki, ABŞ-ın Texas Universitetinin (UT) Cənub-Qərb Tibb Mərkəzinin tədqiqatçıları ketaminlə anesteziya edilmiş donuzun beyninə qan axınını təcrid edə bilib, kompüterləşdirilmiş alqoritm isə orqan üçün lazım olan qan təzyiqi, miqdarı, temperaturu və qida maddələrini təmin edib.


Bildirilib ki, nevroloqlar qrupu, bədənin qalan hissəsindən heç bir bioloji giriş almamasına baxmayaraq, beyindəki fəaliyyət 5 saat ərzində minimal dəyişikliklər göstərib.
 

Alimlərin fikrincə, eksperimentin uğuru insan beyninin digər bədən funksiyalarına təsir etmədən tədqiq etmək üçün yeni yollar aça bilər, eyni zamanda bu texnologiya gələcəkdə beyin transplantasiyası əməliyyatlarının aparılması potensialını da ortaya qoyur.