​Gözəllik salonuna getmək adı ilə evdən çıxan ana və qızı İTKİN DÜŞDÜ

​Gözəllik salonuna getmək adı ilə evdən çıxan ana və qızı
16:47 16.11.2023
174 Hadisə
A- A+

Sumqayıt şəhərində ana və qızı 15 gündür itkin düşüb.

Məlumata görə, şəhər sakini, 1989-cu il təvəllüdlü Aysel Nizami qızı Rəcəbova və övladı Gülay Kamran qızı Rəcəbova ilə noyabrın 1-də gözəllik salonuna getmək adı ilə 4-cü mikrorayonda yaşadıqları evdən çıxıb və geri qayıtmayıblar.

Faktla bağlı polisə məlumat verilib.//Report