Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun qızı işdən çıxarılıb.
Bu barədə Qaynarinfo-ya aktyorun özü məlumat verib.
O, qızının işdən çıxarılmasını işlədiyi şirkətin bağlanması ilə izah edib:
"Kinoda olduğu kimi, oğlumu axtarırdım, dostumu tapdım. Oğluma iş tapmamış, qızımı da çıxarıblar. Qızım ali təhsilli ingilis dili mütəxəsisidir. Firmada işləyirdi. İki ay bundan əvvəl şirkətin fəaliyyəti dayanıb. O gündən qızım də işləmir".
Qeyd edək ki, bir neçə ay bundan öncə Şeyx Əbdülün oğlu Babək Mahmudov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki işindən çıxarılıb. Xalq artisti oğlunun işdən çıxarılmasına görə nazir Sahil Babayevi ittiham edir.