​Hepatitə yoluxan şagirdlər Bakıya gətirildi - Birinin vəziyyəti ağırdır

​Hepatitə yoluxan şagirdlər Bakıya gətirildi
12:21 17.11.2023
633 Sosial
A- A+
Mingəçevirdə Hepatit A virusuna yoluxan şagirdlərin son durumu açıqlanıb.
 

Bu barədə  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
 

Bildirilib ki, 6 nəfər (4-ü oğlan, 2-si qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib: “Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.
 

Hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir.
 

Müraciət edən azyaşlı xəstələrin 1-nin vəziyyəti ağır, 5-nin isə stabil olaraq qiymətləndirilir”.