Argentina millisinin hücumçusu Lionel Messi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvay millisinə məğlubiyyəti (0:2) şərh edib.
Sulh.info.az publika.az-a istinadən xəbər verir ki, kapitan bu sözləri deyib:
"Hansı komanda ilə qarşılaşdığımızı bilirdik, oynamaq bizim üçün çətin idi. İntensiv oynayırlar, fiziki cəhətdən güclü və sürətli oyunçuları var. Özümüzü rahat hiss etmirdik. Biz toparlanıb Braziliyada yaxşı nəticə qazanmalıyıq".