İrəvan Moskvanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Rusiyada keçirilməsi təklifini nəzərdən keçirir, lakin hələlik konkret razılaşma yoxdur.
Bunu Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan deyib.
“Müxtəlif təkliflər, müzakirələr var, amma hələlik konkret razılaşma yoxdur. Çünki iş qrafiki ilə bağlı çətinliklər yaranır. Burada heç bir problem yoxdur, sadəcə olaraq texniki razılaşma var. Ermənistan tərəfi heç bir təklifdən imtina etmir. İş davam edir”, - o bildirib.//Axar.az