Qara dənizdə baş verən güclü fırtına nəticəsində təxminən 100 metr uzunluğundakı yük gəmisi quruya çırpılaraq ikiyə bölünüb.
Hadisə Zonguldakın Ereğli mahalında baş verib.
Gəmidə olan 13 şəxsi heyətin hamısı AFAD və yanğınsöndürmə briqadaları tərəfindən təxliyyə edilib.
Hadisə ilə bağlı Türkiyə Dəniz İşləri Baş Müdirliyindən bildirilib ki, Kamerun Bayraqlı “PALLADA” gəmisi K.Ereğlidə saat 10:00 radələrində zədələnərək sahilə çıxıb.
Qeyd edək ki, ağır hava şəraiti səbəbindən qırılaraq ikiyə bölünən gəmidə ekipaj üzvlərinin arasında azərbaycanlıların olduğu bildirilir.
Həmin videonu təqdim edirik: