Ərazidəki 13 və 15 nömrəli binada ən böyük təhlükə isə dam örtüyünün bərbəd vəziyyətdə olmasıdır.
Bu da özünü daha çox yağış yağanda biruzə verir. Xüsusilə yuxarı mərtəbələrdəki sakinlər bu vəziyyətdən əziyyət çəkirlər.
Amma yenə də onlar ilk olaraq liftlərin qabağında açıq qalmış pəncərələrin qapadılmasını istəyirlər. Xətai Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, bina yaxın zamanda əsaslı şəkildə təmir olunacaq. Aradan qaldırılacaq, tədbir görüləcək, yenilənəcək, həll ediləcək.
Özü də yaxın günlərdə... Gözləyək görək, bu yaxın gün nə qədər yaxın olacaq.