Ermənistanın baş naziri Nikol Paşinyanın son günlərdəki diplomatik fəallığı onun siyasi eqosentrizmi və yeni illüziyalar yaratmaq istəyi ilə bağlıdır.
İrəvan indi Qərblə yeni sövdələşmələr ərəfəsindədir. Fransanın liderlik etdiyi Qərb düşərgəsi Ermənistandan vasitə, yaxud da alət qismində istifadə edərək Cənubi Qafqazdakı proseslərə ciddi təsir rıçağına yiyələnməyə çalışır.
Fransanın təsir istəkləri əslində kobud müdaxilə və bölgədə geosiyasi idarəetmə mexanizmlərinə yiyələnmək cəhdidir.
44 günlük İkinci Qarabağ Müharibəsində tam kapitulyasiyaya uğrayan, bu ilin sentyabrın 19-da Azərbaycan ordusunun keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Xankəndindəki separatçı xunta kimi siyasi alətini itirən Ermənistanda indi depressiya hökm sürür.
Ədalətin budur Qərb?
Erməni sosiumunun mənsubları ölkənin perspektivlərini dəqiqləşdirə bilmirlər. Üstəlik, İrəvanı tam dəstəkləyən Fransa hələlik illüzor vədlər vermək və mənəvi-fiziki cəhətdən köhhnəlmiş hərbi texnikanı yollamaqla Ermənistanı silahlandırmağa çalşımaqdadır.
Ermənilərin bütün bunların onlar üçün ciddi inkişaf və ya güclənmə imkanları yaratmadıqlarını bilirlər.
Fransanın dirijorluq etdiyi, Qərb ölkələrinin bir qrupundan ibarət "hamilər dəstəsi" isə Cənubi Qafqazda möhkəmlənməyə, yaşanan proseslərə təsir rıçaqlarına yiyələnməyə can atırlar.
Rəsmi Paris bu rıçaqlardan kobud müdaxilə vasitələri, sonradan isə regiondakı hadisələrin idarəolunma mexanizmi kimi istifadə etmək niyyətindədir.
Nikol Paşinyan və komandası növbəti dəfə istifadə olunduqlarının fərqindədirlər, amma onlar Rusiyadan total asılılıqdan qurtulmaq üçün bütün vasitələrə əl atmağa hazırdırlar. Daha doğrusu, hazırda bəhs olunan fəaliyyətlə məşğuldurlar.
Vaşinqtonun “Bakı planı” puç oldu: bunu artıq Brüssel də anlayır
Rəsmi İrəvan hələ də iddia və israr edir ki, "qarabağlı ermənilərin problemləri həll olunmayıb", "Qarabağ əzəli erməni ərazisidir", "Xankəndi mütləq yenidən azad olunacaq" və s.
Ermənistan rəhbərliyinin ekspansionist və revanşist bəyanatları fasiləsiz olaraq regional sülh və stabilliyə zərurət duyulmasından, insan haqlarından və dövlətlərin sərhədlərinin toxunulmazlığından bəhs edən Qərbin diqqətini "cəlb etmir".
Tam əksinə, rəsmi Parisin erməni narrativlərini təkrarlayan bir sıra dövlətlər, beynəlxalq təşkilatlar və siyasətçilər İrəvanın aqressiv ritorikasını tam dəstəkləyirlər.
Onlar Ermənistanı sürətlə silahlandırır, İrəvanın bölgə ölkələri ilə münasibətlərdən daha çox Qərbə meyllənməsini dəstəkləyir, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması üçün bütün vasitələrə əl atır və sadalanan məqsədlərin gerçəkləşməsində ermənilərdən yararlanmağa can atırlar.
Ermənistan rəhbərliyinin hazırkı "cürətli" davranışının, sərt ritorikasının əsas səbəbləri də budur.
Paşinyan hakimiyyətiisə tam irrasional mövqe tutaraq İrəvanın və ümumiyyətlə, ermənilərin üzləşdikləri problemlərdə az qala hamını günahkar sayır - tək özlərindən savayı.
Tragikomediya o şəddə çatıb ki, İrəvan rəsmiləri "minillərlə tarixə malik Ermənistan"dan bəhs etməyə başlayıblar. Halbuki çağdaş Ermənistan bölgdə Türkiyənin nüfuzu ilə imkanlarının artmasına imkan verməmək məqsədilə çar Rusiyası ilə şah İranı arasındakı razılaşma əsasında süni şəkildə yaradılmış dövlətdir.
Ermənistan məhz bu səbəbdən formalaşdırılmışdı və ermənilərin də aldıqları, dəyişməyən tapşırıq bölgədəki bütün xalqlarla dövlətlərə problemlər yaratmaqdı.
Lakin Azərbaycan bu planları pozdu, regional stabilliyin bərqərar olmasına imkan vermək istəməyən güclərin ssenarilərini alt-üst etdi.
Bununla yanaşı, onillərdən bəri Ermənistana hamilik etmiş üç dövlət - Rusiya Federasiyası, İran və ABŞ - arasındakı geosiyasi qarşıdurma indi pik həddə çatdığından İrəvan alışdığı konstruksiyaların məhv olduğunu müşahidə edir.
ABŞ açıq şəkildə Ermənistandan tələb edir ki, Rusiya ilə bütün əlaqələri minimuma endirərək üfüqi tərəfdaşlıq səviyyəsində saxlasın. Yəni Vaşinqton İrəvandan Rusiyadan "hami" qismində tam imtina edərək Qərbə meyllənmiş kursu seçməsini istəyir.
Bizə qarşı çirkin "imkanlar savaşı" başlanıb
İran ermənilərlə əzəli tərəfdaşlıqda ciddi səhvə yol verdiyini anlmağa başlayıb və görür ki, Qərbə meyllənmək marşrutunu seçmiş Ermənistanın siyasətində, habelə iqtisadiyyatında Tehranın çəkisi sürətlə azalır.
Rusiya hələlik Ermənistan iqtisadiyyatında hakimi-mütləqdir: Qərbin sanksiyalarına məruz qalmış Moskva İrəvandan cəza şəbəkəsindən yayınaraq ixrac-idxal əməliyyatlarını həyata keçirmək üçün istifadə edir.
Ermənistan iqtisadiyyatının strateji sahələrinin Rusiya şirkətlərinin nəzarətində olduğunu, bəzi sektorlardasa bu kontrolun 100 faiz təşkil etdiyini xatırlasaq, Nikol Paşinyanın anti-Rusiya isteriyası hələlik söz yığını təsiri bağışlayır.
Qərb Ermənistan ərazisindən keçə biləcək bütün transregional marşrutlara tam nəzarət etmək niyyətindədir. Birləşmiş Ştatlar rəsmi İrəvana tam aydın şəkildə bildirib ki, Paşinyan iqtidarı hazırda Azərbaycanda olan Rusiya Sülhməramlı Kontingentinin (RSK) Qərbin hərbi kontingenti ilə əvəzlənməsinə nail olmalı, habelə Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının ölkədən çıxarmalıdır.
Fəqət bütün bunların müqabilində Ermənistan Qərbdən nə alacaq, qaçılmaz itkilərini necə kompensasiya edəcək - bəlli deyil.
Vaşinqton Bakıya “təzyiq” etmək istəyir: əzilən və itirən Ermənistan olacaq
Ermənilər unudurlar ki, Qərbin, xüsusilə də ABŞ-ın rəqibi olmaq təhlükəlidirsə, dostu olmaqsa bəlalıdır. Birləşmiş Ştatlar dövlət kimi formalaşandan bəri Vaşinqtonun dost adlandırdığı, əslindəsə özündən tam asılı vəziyyətə saldığı ölkələrin hamısı fəlakətli proseslər girdabına düşüblər.
Postsovet məkanında aşkar pro-ABŞ mövqe tutan siyasətçilərin, xüsusilə də dövlət və hökumət başçılarının sonu yaxşı olmayıb.
Ermənistan rəhbərliyi də bir zamanlar kollektiv Qərbin, xüsusilə də ABŞ və Fransanın vədlərinə uyan siyasətçilərin səhvlərini təkrarlayırlar.
Halbuki danılmaz reallıq və qaçılmaz gerçəklik var: Ermənistan müstəqil dövlət olmağı bacarmadı.
İrəvan ya Rusiyadan, ya Qərbdən tam asılı olmalı, neomüstəmləkə formatında mövcudluğunu davam etdirməlidir.
Bunu ermənilər etdilər və özləri istədilər./trend