Azərbaycan ilə əlaqədar Amerika tərəfindən ədalətsiz qərar qəbul olunub.
Sulh.info.az modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
O xatırladıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.
"Bundan sonra Azərbaycanın aparacağı müharibə diplomatipa müharibəsi olacaq. Amma təəəsüf ki, Amerikanın apardığı qərəzli fikirlərə içimizdə olan məkirlilər də dəstək verir", - deputat vurğulayıb.
Siyavuş Novruzov AXCP sədri Əli Kərimlini də tənqid edib:
"Əli Kərimli "qırt toyuq" kimi oturub televiziyanın qarşısında Azərbaycana qarşı fikirlər səsləndirir. Bir dəfə olsun Azərbaycanın apardığı haqlı mübarizədən və s. danışılmayıb".