​Şuşaya Böyük Qayıdış

​Şuşaya Böyük Qayıdış
09:59 13.05.2024
2123 Qarabağ
A- A+

Prezident İlham Əliyev: “Şuşanın dirçəldilməsi geniş vüsət alıb”

Hazırda işğaldan azad olunan rayonlarda tikinti, quruculuq işləri gedir. Çox müsbət haldır ki, bütün bu işlərı Prezident İlham Əliyev öz diqqətində saxlayır. Demk olar ki, hər bir idarə və obyektin, ictimai binanın, tiklinin, yolun, yeni yaşayış komplekslərliniin və kəndlərin təməlqoyma mərasimində cənab Prezident iştirak edir. Bununla yanaşı, müəyyən müddət sonra yenidən eyni rayonlara səfər edib həmin tikinti işlərinin gedişi ilə maraqlanır, baxış keçirir. Belə səfərlərdə Prezident İlham Əliyev yerli sakinlərlərlə görüşür, onların problemlərini dinləyir və istəklərini soruşur. Prezident İlham Əliyev mayın 10-da regona növbəti səfərini etmişdir. Səfər çərçivəsində  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Xatırladaq ki, ilkin mərhələdə Şuşadakı birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.

Şuşaya ilk köç edən ailələrlə görüşdə cənab Prezident bildirib ki, otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar: “Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər”. Şuşalıların mayın 10-da öz torpalqarına qayıtması tarixi hadisədir. Həmin gün onlar üçün bundan sonra ikiqat əlmatdar olacaq. Çünki mayın 10-u xalqımız Ulu Öndər Heydər Əliyevin doğum gününü qeyd edir. Bu da əlmatdar hadisədir ki, dövlətimizin başçısı həmin günü Şuşada, öz doğma torpalqarına qaydıdan şüşalılarla birlikdə qeyd edir.

Dövlətimizin başçısı çıxışında Şuşada böyük infrastruktur layihələrinin reallaşdırıldığını vurğulayıb: “Füzuli şəhərindən Şuşaya qısa müddət ərzində Zəfər yolu çəkildi. İndi isə daha geniş magistral avtomobil yolu çəkilir. Yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir”. Yeri gəlmişkən, həmin gün Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, bu yolda inşa edilmiş birinci tunelin açılışında iştirak edib. Bu gün işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qısadır. Birinci texniki dərəcəli yolun 4-6 hərəkət zolağı var. Yolboyu müxtəlif diametrli 194 suötürücü boru, 38 yeraltı keçid, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə bir istiqamət üzrə 6450 metrə yaxındır.

Prezident İlham Əliyev, həmçinin  Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə də tanış olub. Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir. Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir. Yol üzərində 2 körpü, 4 tunel və suötürücü borular inşa olunacaq. Bütün bu yol və tunellər Şuşaya gediş-gəliş işini daha da rahat edəcək. Baxmayaraq ki, Şuşa yüksəklikdədir, amma bu aparılan yol tikintisi Şuşa sakinlərinin qonşu rayonlarla da əlaqələrinin qurulmasına öz müsbət təsirini göstərəcək. Sevindirici haldır ki, butün abadlıq işləri paralel olaraq bütün işğladan azad olunan rayonlarda aparılır.

Hazırda bu rayonların bərpasını Azərbaycan dövləti öz hesabına edir. Hər bir rayonda olduğu kimi Şuşada da abadlıq işləri sürətlə aparılır. Cənab Prezidentin dediyi kimi, Şuşanın dirçəldilməsi geniş vüsət alıb: “Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır”. Şuşada yeni yaşayış massivlərinin sayı artırılır. Elə həmin gün Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin və Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlini qoyub. Bununla bağlı dövlətimizin başçısı öz sevincini yerli sakinlərlə görüşdə bölüşüb: “Şuşada genişmiqyaslı quruculuq işləri gedir. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir”. Qeyd edək ki, Şuşa şəhərində üçüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 17 yaşayış binasının inşası nəzərdə tutulub. Hazırda binanın layihələndirmə işləri başa çatdırılıb. Tikinti işlərinə bu ilin yayında başlanılması planlaşdırılır. Bu işlərin hamısı Böyük Qayıdış dövlət proqramının tərkib hissəsidir.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent