​Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub

​Qara Brilliant klubunun yetirməsi Respublika birincisi olub
17:42 13.05.2024
1983 Ölkə
A- A+

Xəbər verildiyi kimi, 03-05 may 2024-cü il tarixlərində Azərbaycan Karate Federasiyası yeniyetmə və gənclər arasında Hövsanda 2024-cü ilin dünya çempionatı üçün seçim yarışları keçirib.  Artıq 2024-cü ilin dünya çempionatı üçün seçim yarışlarının nəticələri açıqlanıb. Qaliblər bu ilin oktyabr ayında İtaliyada keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qanıblar.

Xatırladaq ki, Rəfael Ağayevin Qara Brilliant klubunun 7 idmançısı dünya çempionatına lisenziya qazanıb. Bu haqda klubunun baş məşqçisi Pərviz Quliyev məlumat verib.

Qeyd edək ki, qaliblar arasından klubun yetirməsi olan Nuray İbadova da var. O, bütün rəqiblərinə qalib gələrək həmyaşıdları arasında karate üzrə Respublika birincisi olub.