​BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

​BAKI BAŞ GÖMRÜK İDARƏSİNDƏ İCTİMAİ ŞURA ÜZVLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
17:14 17.05.2024
2017 Sosial
A- A+

Mayın 16-da Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvləri ilə Bakı Baş Gömrük İdarəsində görüş keçirilib.

Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov İctimai Şura üzvlərinə Dövlət Gömrük Komitəsi tərəfindən gömrük rəsmiləşdirilməsinin asan və sürətli şəkildə həyata keçirilməsi, prosedurların rasionallığının təmin edilməsi, xarici ticarət iştirakçılarının məmnunluq səviyyəsinin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə tətbiq edilən layihələr və yeniliklər barədə xüsusi təqdimat əsasında məlumat verib.

Bildirilib ki, gömrük sistemində aparılan təkmilləşdirilmələr nəticəsində sahibkarların məmnunluq səviyyəsi, elektron xidmətlərin sayı artırılıb, rəsmiləşdirilmə prosesinə sərf edilən vaxt və vəsait azalıb.

Görüş çərçivəsində İctimai Şura üzvləri rəsmiləşdirilmə prosesini və Xidmət növləri üzrə inteqrə edilmiş xüsusi mərkəzdə fəaliyyətin təşkilini əyani şəkildə izləyiblər.

Tədbir çərçivəsində İctimai Şura üzvlərinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi