“Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Qafqaz evi”- regionda sülh və təhlükəsizlik üçün zəmindir" layihəsini həyata keçirir
“Cəmiyyətin İnkişаfı Mərkəzi” İctimаi Birliyi 01 may 2024-cü il tarixdən etibarən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qafqaz evi”- regionda sülh və təhlükəsizlik üçün zəmindir” layihəsini həyata keçirir.
Layihənin məqsədi “Qafqaz evi” ideyasını təşviq etməkdir. Bu ideyanın Qafqazda sülhü, əməkdaşlığı, davamlı inkişafı təmin edəcəyi barədə bütün regionda məlumatlandırama həyata keçirməkdir. Eyni zamanda Cənubi Qafqaz respublikaları arasında ortaq maraqlara əsaslanan qarşılıqlı əməkdaşlığı təşviq edəcək “Qafqaz evi” ideyasının yeni bir formatda, tamamilə yeni bir baxış əsasında qurulması təşəbbüsünü təbliğ etməkdir.
Məlumdur ki, dövlətimiz tərəfindən ən yüksək səviyyədə sülh təkliflərinin edilməsi, regionda, xüsusilə də ölkə daxilində milliyyətindən, dinindən asılı olmayaraq hər kəsin təhlükəsizliyinə təminat verməsinə baxmayaraq, təəssüf ki, Azərbaycanın xoş məramı görməzlikdən gəlinir, əsassız ittihamlar edilir, vəziyyətin gərgin olması üçün cəhdlər edilir. Əldə etdiyimiz uğurlardan hikkələnən düşmənlərimizin iftiralarının cavab vermək, bədxah qüvvələrin təsirini azaltmaq, dövlətlərarası münasibətləri gərginləşdirənlərin qarşısının alınması üçün, regionda sülh və təhlükəsizliyin təmin edilməsinə çalışan yerli qüvvələrin, vətəndaş cəmiyyətinin fəallaşmasına, əməkdaşlığın qurulmasına, informasıya mübadiləsinə ehtiyac var.
Həmçinin Cənubi Qafqaz ölkələri vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin qurulmasına, informasiya mübadiləsinə, reinteqrsiya prosesinə dəstək olunmasına, “Qafqaz evi” ideyasının təşviqinə ehtiyac yaranıb.
Diqqətinizə təqdim edilən layihənin əsas missiyası məhz bu işlərin görülməsini həyat keçirməkdir.
Layihə çərçivəsində mövzu ilə bağlı kitab çapı, sosiolji-tədqiqat işi, Bakı və Tbilsii şəhərlərində ekspertlərin, plotoloqların iştiraklı ilə dəyirmi masaların keçirilməsi nəzərdə tutulub.