​Müstəqillik Günü münasibətilə milli geyimdə ənənəvi tədbir keçirilib

​Müstəqillik Günü münasibətilə milli geyimdə ənənəvi tədbir keçirilib
01:12 30.05.2024
1538 Siyasət
A- A+

28 May-Müstəqillik Günü münasibətilə Mirzə Ələkbər Sabir Fondunun rəhbəri Sevda Tahirlinin təşəbbüsü və təşkilatçılığı altında cəmiyyətin bir qrup nümayəndəsi milli geyimdə ənənəvi olaraq  gəzintiyə çıxıb. Milli geyimdə gəzinti  ideyası artıq 10 ilə yaxındır ki, Mirzə Ələkbər Sabir Fondunun rəhbəri tərəfindən həyata keçirilir. Bu tədbirin keçirilməsində məqsəd  cəmiyyətə ərazi bütövlüyünü tam təmin etmiş  Azərbaycanın Müstəqillik  bayramının qürurunu  milli dəyərlərimizə olan  sevgi və sadıqlıyin  əməli nümunəsi  ilə birgə təbliğini çatdırmaqdır.  

İştirakçılarının sayının ilbəil artdığı bu tədbirdə cəmiyyətin müxtəlif seqmentinin nümayəndələri – ziyalılar, həkimlər, şair və jurnalistlər, ali və orta məktəb müəllimləri,  TV əməkdaşları, qeyri-hökümət təşkilatları nümayəndələri, məktəblilər, gənclər və körpə balalar iştirak etmişlər. Tədbirə yalnız Bakı sakinləri deyil, ölkənin regionlarından, eləcə də Tatarıstandan  da qatılmışlar. Əllərində xeyli sayda bayraq olan iştirakçılar  ətrafdakı balacalara bayraqlar hədiyyə etmişlər. Tədbir ənənəvi olaraq dənizkənarı bulvarda başlamış,  şəhərimizin mərkəzi küçələrindən keçərək, tariximizin ruhu yaşayan  İçərişəhərdə, Şirvanşahlar sarayında yekunlaşmışdır.  Tədbirin  keçirilməsinə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi  dəstək vermişdir.   Tədbirin  hazırlıq mərhələsi  ATV kanalının “Xəbərin olsun” səhər proqramında  canlı olaraq yayımlanmış, İctimai TV tədbirin bütün gedişatını lentə almışdır.

Tədbir şəhərimizin sakinləri, həmçinin qonaqları tərəfindən çox maraqla qarşılanmışdır.  Sakinlər tədbir iştirakçılarını salamlamış,  bayram münasibətilə təbrik etmiş, onlarla şəkil  çəkdirmişlər.

https://www.youtube.com/watch?v=4yUkbg8OEhQ

Fotolar

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.