​Şəhid övladlarının Bulvar gəzintisi

​Şəhid övladlarının Bulvar gəzintisi
19:51 02.06.2024
1624 Sosial
A- A+

Bakı Bulvarında 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə ucqar rayon və kəndlərdən olan şəhid övladları üçün gəzinti təşkil olundu. Ölkənin müxtəlif bölgələrindən paytaxtda gətirilən 55 şəhid övladı əvvəlcə Bakı bulvarının 115 illiyinə həsr olunan sərgi ilə tanış oldular. Daha sonra müxtəlif oyunlar oynadılar, attraksionlarda əyləndilər. Nağıl instalyasiyalarının müşayəti ilə bulvarı gəzdilər. Sonda uşaqlar üçün nahar təşkil olundu.