Türkiyədə SOCAR-ın ofisinə etirazçıların hücumu məqsədli şəkildə təşkil olunub. Əslində bu, həm də Azərbaycan-Türkiyə münasibətlərində süni şəkildə gərginlik elementləri yaratmağa da hesablana bilər. Bu sözləri Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu deyib.
Deputat fikirlərini davam etdirərək həm vurğuladı: nəzərə almaq lazımdır ki, SOCAR Türkiyə iqtisadiyyatındə kifayət qədər təsir rolunu və yerini artıq təsdiq edir. Belə ki, SOCAR Türkiyə 2008-ci ildən başlayaraq əməkdaşlıq etdiyi tərəfdaş şirkətləri ilə birgə qardaş ölkənin iqtisadiyyatına 18 milyard ABŞ dollarına qədər sərmayə yatırmışdır. Bu sərmayələrin istiqamətləri olduqca uğurlu müəyyənləşdirilmişdir və yaxşı nəticələri ümumilikdə Türkiyə iqtisadiyyatına töhfə verməkdədir. Belə olan halda SOCAR Türkiyə ətrafında baş verənlər həm də onu göstərir ki, qardaş ölkənin iqtisadiyyatına da qəsd etmək niyyəti güdülür. Bildiyimiz kimi, qardaş Türkiyə iqtisadiyyatında müəyyən bir durğunluq mövcuddur. Belə şərtlər daxilində “SOCAR Türkiyə” qrupunun hər il Türkiyənin kəsirinin 2 milyard ABŞ dollarına qədər azalmasını şərtləndirməsinin nə dərəcədə təsir olduğunu əsaslandırmaq üçün əlavə arqumentlərə əsas yoxdur. Ayrıca olaraq, şirkət Türkiyədə istehsal sahələrinin yaradılması məsələsinə xüsusi diqqət yetirir. Deməli, bununla Türkiyədə təchizat bazarlarının da xarici istehsalçılardan asılılığını əhəmiyyətli dərəcədə azaldır. Türkiyədə müşahidə olunan iqtisadi durğunluq həm də işsizliyin artmasına səbəb olmuşdur. “SOCAR Türkiyə” hazırda Türkiyədə məşğulluğu təmin edən əsas şirkətlərdən biridir. Belə ki, “SOCAR Türkiyə” ümumilikdə 10 000 nəfədən artıq insanın işlə təmin edir ki, bu da kifayət qədər ciddi göstəricidir. Ötən ilin fevralında Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkənlərə də ən yaxından dəstək verənlərdən biri də məhz “SOCAR Türkiyə” şirkəti olmuşdur. Bütün qeyd etdiklərimiz şirkətin qardaş ölkənin iqtisadiyyatı və ümumiyyətlə, cəmiyyəti üçün verdiyi töhfələrin çox az qismidir. Göründüyü kimi, Azərbaycan-Türkiyə uğurlu əməkdaşlığını həzm etməyən dairələr SOCAR-ın Türkiyədəki ofisinə hücumlar təşkil etməkdən də çəkinmir. Bu dairələr çox yaxşı bilirlər ki, Azərbaycan hər zaman barışın və sülhün tərəfdarıdır. Müvafiq olaraq, bir dövlətlə əməkdaşlığ heç bir halda digər dövlətə və ya dövlətlərə qarşı yönəlmir. Ölkəmiz həm İsraillə, həm də Fələstinlə konstruktiv münasibətlərin tərəfdarı olduğunu öz praktiki addımları ilə nümayiş etdirir. Təkrar olaraq, vurğulmaq lazımdır ki, SOCAR a qarşı qurulan oyunlar qaçılmaz şəkildə həm də Türkiyə iqtisadiyyatına qarşı edilən hücumdur. Azərbaycan-Türkiyə səmimi qardaşlığını, əməkdaşlığını heç bir qüvvə sarıda bilməz. Azərbaycan-Türkiyə birliyi çox təsirli amildir.