​Zəngəzur Azadlıq Hərəkatı SOCAR-ın İstanbulda yerləşən ofisinə hücumla bağlı etiraz bəyanatı yayıb

​Zəngəzur Azadlıq Hərəkatı SOCAR-ın İstanbulda yerləşən ofisinə hücumla bağlı etiraz bəyanatı yayıb
09:47 05.06.2024
1899 Ölkə
A- A+

Xəbər verildiyi kimi, bir neçə gün öncə SOCAR-ın İstanbulda yerləşən ofisinə hücum edilib. Buna səbəb kimi, "SOCAR-ın İsrailə neft satdığı" bəhanə edilib.

“SOCAR Türkiyə” isə hadisədən sonra məlumat yayaraq İsrailə xam neftin satılması ilə bağlı ittihamlara cavab verib. Şirkət yaydığı açıqlamada bununla əlaqədar ittihamları əsassız adlandırıb.

SOCAR-ın Türkiyədəki ofisinə edilən bu hücum Türkiyə ictimaiyyəti tərəfindən də qınanıb və etirazla qarşılanıb. Belə ki, bu məsələ ilə bağlı Zəngəzur Azadlıq Hərəkatının sədri BARIN Hasan Alioĝlu adından etiraz bəyanatı yayılıb.

Bəyanatda Zəngəzur Azadlıq Hərəkatı tərəfindən İsrail-Fələstin münaqişəsi bəhanə edilərək, SOCAR-ın Türkiyədəki ofisinə edilən vandalca hücumun şiddətlə qınanıldığı bildirilir. Sənəddə hücumun imperalstlərin Azərbaycan-Türkiyə əlaqələrini pozmağa istiqamətli olduğu vurğulanır.

Bəyanatda bundan sonra da planlana biləcək bu cür hücumların Hərəkat tərəfindən etirazla qarşılancağı ifadə edilib: “Hadisəni tərədənlərin Türkiyə Cümhuriyyəti hüququnun tələb etdiyi şəkildə cəzalandırılacağına inanırıq. Ayrıca, bundan sonra reallaşa biləcək hadisələrdə də Türkiyə Cümhuriyyətinin lazımlı addımlar atacağına əminik. Zəngəzur Azadlıq Hərəkatı olaraq bu tədbirlərlə bağlı Türkiyə Cümhuriyyətini hər zaman qeyd-şərtsiz dəstəklədiyimizi ictimaiyyətə çatdırmağı özümüzə borc bilirik”.